Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə məxsus “Birgə İnvest” MMC nizamnamə kapitalını azaldır.
FED.az bunu şirkətin elanına istinadən xəbər verir.
Məlumata görə, son nəticədə şirkətin kapitalı 3 220 000 manatdan 3 195 075 manata endiriir.
Bu da nizamnamə kapitalının 24.9 min manat və ya 0.8% azaldılması deməkdir.