Dövlət Vergi Xidməti tərəfindən yaxın vaxtlarda istifadəyə veriləcək "E-taxes.gov.az" portalının mobil əlavəsi yaradılır.
Eləcə də bax: Azərbaycanda ötən il mikrosahibkarların gəlirləri - 54% ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda sahibkarların iştirakı ilə video-formatda keçirilən Forumda qeyd olunan məsələyə dair sualı cavablandıran Dövlət Xidmətinin rəisinin müşaviri Sərxan Həşimov deyib.
Onun sözlərinə görə, portal vasitəsilə vergi ödəyicilərinə təqdim edilən bütün xidmətlərin mobil tətbiq üzərindən də göstərilməsi nəzərdə tutulub.
"Bu, ilk növbədə, fərdi, kiçik və mikro sahibkarlıq subyektləri üçün nəzərdə tutulub. Onlara zəruri olan bütün xidmətlər bu mobil tətbiqdə öz əksini tapacaq", - deyə S. Həşimov qeyd edib.