Ötən il Azərbaycanda fəaliyyət göstərən mikrosahibkarlıq subyektlərinin malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsindən əldə etdikləri gəlirlərin həcmi 1,3 mlrd. manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda işsizlərin biznes qurması üçün – SAHƏLƏR AÇIQLANDI – TAM SİYAHI - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, ötən il mikrosahibkarların gəlirləri illik ifadədə 54,2% artıb. Sözügedən gəlirlərin 83,3%-i topdansatış ticarət dövriyyəsinin payına düşüb.
Hesabat ilində xarici mikrosahibkarların Azərbaycanda əldə etdikləri gəlirlərin həcmi 86,2 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 85,1% çoxdur. Birgə (xarici və yerli) mülkiyyətli olan müəssisələr isə ötən il 15,3 mln. manat gəlir əldə edib. Bu, 2020-ci illə müqayisədə 20,1% çoxdur.