Bu il oktyabrın 1-nə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə kredit qalığı 858,4 milyon manat olan 5 035 müraciət üzrə 70,4 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib.
Eləcə də bax: Sahibkarlığın İnkişafı Fondu 291,8 milyon manat - ZƏMANƏT VERİB
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter səhifəsində yazıb.
"5 009 kredit üzrə sahibkarlara 66,6 milyon manat faiz subsidiyası ödənişi həyata keçirilib", - nazir qeyd edib.