Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov Caspian European Club-un 2019-cu il fevralın 20-də “Hyatt Regency Baku”otelində təşkil etdiyi CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edib. Qonaq Agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
FED.az xəbər verir ki, tədbir Mənzil İnşaatı Dövlət Agentliyi ilə əməkdaşlığın genişləndiriməsində maraqlı olan Caspian European Club-un üzvlərinin çoxsaylı müraciətləri əsasında təşkil edilib. CEO Lunch Baku-da qeyri-rəsmi şəraitdə Klubun üzv şirkətlərinin rəhbərlərinin özəl sektor ilə Mənzil İnşaatı Dövlət Agentliyi arasında əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə təklif və təşəbbüsləri müzakirə olunub. CEO Lunch Baku-nun iştirakçıları həmçinin onları maraqlandıran suallara cavab alıblar.
Eləcə də bax: TÜSİAD-ın yeni sədri seçilib
Biznes-forumda Sadiq Sadıqova Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub. Caspian European Club-un yeni üzvlərinə və üzvlüyünü davam etdirən şirkətlərinə də sertifikatlar verilib.
Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un sədri Azərbaycan Prezidenti İlham Əliyevdir.
MİDA rəhbəri işgüzar naharda
16:51
20 Fev 2019