Türkiyə Sənayeçiləri və İş Adamları Dərnəyinin yeni İdarə Heyətinin sədri seçilib.
FED.az xəbər verir ki, bu gün Türkiyə Sənayeçiləri və İş Adamları Dərnəyinin (TÜSİAD) 49-cu Baş Assambleyası keçirilib.
Baş assambleyada keçirilmiş səsvermədə TÜSİAD-ın İdarə Heyətinin sədr müavini Simona Kaslowski, yeni İdarə Heyəti Sədri olaraq seçilib.
Simona Kaslowski "Organik Kimya" şirkətinin rəhbəridir.
Simone Kaslowski 1963-cü ildə İtaliyanın Torino şəhərində dünyaya gəlib. O, İtalyan əsilli olmasına baxmayaraq Türkçə çox yaxşı danışa bilir.