ABŞ-ın “Mondelez” şirkəti “Toblerone” şokoladını İslam üsulları ilə istehsal etmək üçün “Halal” sertifikatı alıb.
FED.az xəbər verir ki, “Dunyabulteni.net”in məlumatına görə, sertifikat bu ilin aprelində alınsa da, şirkət müsəlman olmayan istifadəçilərin tənqidlərinə tuş gəlməmək üçün məlumatı ictimaiyyətə açıqlamayıb.
Məlumat açıqlandıqdan sonra Avropada şirkətə qarşı sərt tənqidlər səsləndirilib. Hətta “Mondelez” şirkətini boykot etmək üçün çağırışlar da edilib.
Qeyd edək ki, artıq “Toblerone” şokoladına spirtli içki və donuz əti məhsullarının qatılmadığı bildirilir.
Eləcə də bax: Bu il ərzində "kasıblayan" milyarderlər kimlərdir? - SİYAHI