Vətəndaşların şəxsi istifadəsi üçün xaricdən alınan mallara limit azaldıldıqdan sonra Azərbaycanın tanınmış çatdırılma şirkəti olan mover.az, həmin qərarın təsirini azaltmaq üçün yeni üsul fikirləşib.
Eləcə də bax: DGK: Son qərar ölkədə qiymət artımına - Səbəb Olmayacaq
FED.az xatırladır ki, yeni qərara əsasən, beynəlxalq poçt göndərişləri üçün aylıq limit 1000 dollardan 300 dollara endirilib. Amma əsas dəyişiklik odur ki, əvvəlkindən fərqli olaraq bu limiti yalnız bir dəfə istifadə etmək olar. Yəni əvvəllər bir ay ərzində ümumi limiti 1000 dolları keçməməklə istənilən sayda sifariş vermək mmükün idisə, indi aylıq limit 300 dollar olsa da, vətəndaş ay ərzində bir dəfə 10-15 dollarlıq göndəriş alıra limit bitmiş sayılacaq.
Bu da vətəndaşların xaricdən internetlə mal alışı imkanlarını ciddi surətdə məhdudlaşdırır. Dəyişiklik vətənlarda yanaşı, çatdırılma şirkətlərinə də təsir edib və onların müştəri sayı və dövriyyələrinin azalmasına səbəb olacaq.
Mover.az isə bu məhdudiyyətin təsirini azaltmaq üçün yeni üsul tətbiq edib. Bu barədə şirkətin açıqlamasında bildirilir. Üsulun məğzi ondan ibarətdir ki, sifarişçi məsələn, Türkiyədən bir məhsul alıbsa və bu məbləğ 300 dollardan xeyli aşağıdırsa, onu dərhal ölkəyə gətirərək aylıq limitini bitirməkdənsə, həmin malı Türkiyədəki anbarda saxlayaraq digər mallar da alır və yalnız bundan sonra bütün malların bir yerə toplandığıı bağlama Azərbaycana gəlir. Şirkətin açıqlamasında bildirilir:
«Hörmətli müştərilər, bildiyiniz kimi, Nazirlər Kabinetinin 21 avqust tarixli qərarı ilə şəxsi istehlak üçün xaricdən məhsul sifariş edilməsinin şərtləri dəyişdirilib.
Yeni qərarla şəxsi istehlak üçün xaricdən ölkəyə gömrük rüsumu ödəmədən yalnız 1 (bir) dəfə və daşınma haqqı birlikdə ümumi dəyəri 300 ABŞ dolları olan məhsul gətirə bilərsiniz.
Dəyəri 300 ABŞ dollarını keçən bütün məhsullar üçün isə 300 ABŞ dollarını keçən məbləğ üzərindən gömrük ödənişləri hesablanacaq.
Yeni qərarın tam anlaşıqlı olması üçün aşağıdakı nümunəni göstərə bilərik:
*Siz bir təqvim ayı ərzində xaricdən iki dəfə məhsul sifariş edirsiniz. Sifariş etdiyiniz məhsullardan birincisinin dəyəri daşınma haqqı ilə birlikdə 20 ABŞ dolları, ikincisinin dəyəri isə daşınma haqqı ilə birlikdə 30 ABŞ dollarıdır. Sizin 20 ABŞ dolları dəyərində olan məhsulunuz təqvim ayının ilk həftənin Bazar ertəsi günü Azərbaycan gömrüyünə daxil olub. Siz dəyəri 20 ABŞ dolları olan bu məhsulunuza görə heç bir əlavə rüsum ödəmirsiniz.
Sizin dəyəri 30 ABŞ dolları olan məhsulunuz isə eyni təqvim ayının növbəti günlərində Azərbaycana daxil olub. Siz ölkəyə daxil olan ikinci – dəyəri 30 ABŞ dolları olan bağlamanıza görə müvafiq qaydada gömrük rüsumu ödəyirsiniz.
Beləliklə, yeni qərarla fiziki şəxslər bir təqvim ayı ərzində ölkəyə daxil olmuş maksimum 300 ABŞ dolları dəyərindəki ilk məhsullarına görə rüsumdan azad edilir. Eyni təqvim ayında ölkəyə daxil olan növbəti məhsullara isə dəyərindən asılı olmayaraq gömrük rüsumu tətbiq edilir.
Mover xarici alış-veriş saytlarından sifariş edilən məhsulların Azərbaycana fərqli günlərdə göndərilməsinin müştərilərə yaradacağı problemi nəzərə alaraq, tezliklə yeni xidmətini istifadəyə verəcək.
Mover`in yeni - “Anbarda Saxlama” xidməti ilə elektron ticarət istifadəçilərinin fərqli mağazalardan sifariş verdiyi məhsulların xarici anbarda saxlanılaraq, Azərbaycana eyni anda göndərilməsi təmin ediləcək.
“Anbarda Saxlama” xidməti Mover müştərilərinə imkan verəcək ki, fərqli mağazalardan aldıqları fərqli məhsullar şirkətin xarici anbarında toplansın və Azərbaycana eyni göndərişdə göndərilsin.
Sayt üzərində hazırlanacaq yeni sistemlə müştərilər bağlamalarının Azərbaycana göndəriş gününü özləri təyin edə biləcək. Misalçün, əgər sizin Türkiyə və ya Amerika mağazasından 3 fərqli sifarişiniz varsa və həmin sifarişlərdən ikisi Mover`in xaricdəki anbarına təhvil verilib, lakin biri hələ çatdırılmayıbsa, biz sizin anbardakı ilk iki bağlamanızı istəyinizə uyğun olaraq Azərbaycana göndərmirik. Yalnız üçüncü bağlamanız da bizim xarici anbarımıza təhvil verildikdən sonra siz sayt üzərindən “Bağlamalarımı Azərbaycana GÖNDƏR” düyməsini sıxaraq, üç sifarişinizin də birlikdə göndərişə hazırlanmasını seçirsiniz.
Biz isə həmin sifarişləri eyni göndərişlə Azərbaycana göndəririk. Əgər sizin 3 bağlamanızın daşınma haqqı ilə birlikdə ümumi dəyəri 300 ABŞ dollarından aşağıdırsa, siz bu məhsullara görə əlavə gömrük rüsumu ödəmədən bağlamalarınızı Mover ofislərindən təhvil ala bilirsiniz.
Xidmətin detalları və tariflərlə bağlı yaxın vaxtlarda əlavə məlumat verəcəyik».