Azərbaycanın quşçuluq məhsullarına olan tələbatı 160 min tondur . “Mərcan” toyuqları bu bazarın 10% yaxının təmin edir.
FED.az xəbər verir ki, bunu bü gün “Mərcan” toyuq əti məhsullarının istehsalçısı “Azerbaijan Poultry Company” MMC (APC) direktoru Rüfət Məmmədzadə bildirib.
Eləcə də bax:Azərbaycanda «halal» toyuqların satışı başlayır – YENİLİK
Qeyd edək ki, 2018-ci ildən halal sertifikatı alan “Mərcan” toyuqları bu gün də bu sertifikatı özündə saxlaya bilib. Belə ki, şirkət beynəlxaq standartlara cavab verən halal sertifikata sahibdir və hər il bu sertifikatın standartlarına rəayət olunması barədə şirkət yoxlanılır. Bu il də “Mərcan” toyuqları halallıq sertifikatına layiq olub.
Şirkətin direktoru Rüfət Məmmədzadə FED.az-a bildirib ki, “Azerbaijan Poultry Company” MMC –nin İSO-2000, HAACP, halallıq setifikatı və Azərbaycan dövləti tərəfindən, AQTA tərəfindən verilən sertifikatları var.
Bundan başqa şirkətin gələcək planlarından danışan Rüfət Məmmədzadə qeyd edib ki, müxtəlif beynəlxaql sertifikatların alınması həmçinin gələcəkdə şirkətin xaricə məhsul ixracı üçün atılan addımlardan biridir. Çünki beynəlxalq bazara beynəlxalq sertifikatlarsız çıxmaq qeyri-mümkündür.