Son illər bütün dünyada populyarlaşan «halal» məhsullar bazarının həcmi ildə 3 trilyon dollara çatmaqdadır.
FED.az xəbər verir ki, bunun 1 trilyon dollardan böyük hissəsi qida məhsullarıdır. Halal qidalar dünya ərzaq bazarının altıda birini tutur. «Halal» qidaların istifadəçilərinin sayı da artmaqdadır və 2 milyard nəfərə çatır. Son illər əhalisinin əksəriyyəti müsəlman olar ölkələrlə yanaşı, «halal» qidalara ənənəvi xristian ölkələrində də tələbat yüksəlməkdədir.
FED.az xəbər verir ki, Azərbaycan da istisna deyil – əhalinin getdikcə böyük hissəsi halal qidalara üstünlük verir, özü də təkcə dini səbəblərlə deyil, həm də sağlamlıq və təmiz qida qəbul etmək istəyinə görə.
«Halal» «Mərcan» sertifikatı
«Halal» qidalara tələbatı ödəmək, eləcə də xarici bazarlara çıxmaq üçün ölkənin ən byöük quşçuluq müəssisələrindən olan «Mərcan» şirkəti halal toyuqların istehsalına başlayıb.
«2012-ci ildə yaradılan müəssisəmizdə tamamilə müasir texnologiyalar tətbiq edilib. Bu gün burada gördüyünüz texnoloji proses dünyanın ən aparıcı son texnologiyasıdr»-deyə müəssisənin baş direktoru Rüfət Məmmədzadə Ucarda «halal» məhsulların təqdimatında bildirdi.
Amma «Mərcan»ın bu dəfəki «fişka»sı yeni texnologiyalar deyil, beynəlxalq «halal» sertifikatı idi. Müəssisə ötən il Malayziya hökuməti tərəfindən verilən «Yakim (halal) sertifikatı» əldə edib. Bu sertifikat müəssisədə buraxılan məhsulların tamamilə islami qaydalarla istehsla olunduğunu təsdiqləyir
«Yalnız burada toyuqlar bir-bir, «Bismillah» deməklə kəsilir»
Ucar quşçuluq müəssisəsinə səfər zamanı jurnalistlər qarşısında çıxış edən məşhur din xadimi Hacı Surxay «halal» məhsulların detallarını və onlara olan tələbləri açıqlayıb. Qeyd edək ki, ən sadə yanaşmaya görə, «halal» ərzağın təribində donuz əti olmamalıdır. Heyvan və quş ətlərinə münasibətdə isə ikinci əsas tələb bunların şəriət qaydalarına uyun olaraq kəsilməsidir. Şəriət qaydalarına uyğun kəsim – heyvanın (və ya quşun) üzü qibləyə və dua oxunmaqla kəsilməsi deməkdir.
«Bu gün ölkədə toyuq kəsimi edən müəssisələr çoxdur. Amma mən yeganə olaraq yalnız bu müəssisəsədə gördüm ki, hər bir toyuq bir-bir və «Bismillah» deyilərək kəsilir. Digər yerlərdə bunu görməmişdim»-deyə Hacı Surxay «Mərcan»ın «halal» toyuqlarının özəlliyini açıqlayır.
«Çox yerlərdə insanlar var ki, halallığın fərqinə varmadan yazırlar ki, məhsul halaldı. Amma həqiqətən halallığın bariz nümunəsini mən bu müəssisədə gördüm» – deyə Hacı Surxay bildirib.
Qeyd edək ki, «Mərcan» müəssisəsində qablaşdırmaya qədər baş verən prosesin heç birində toyuğa insan əli dəymir, təmas olan zaman isə yalnız əlcəkli əllər toxunur ki, bu da yüksək gigiyenanın olmasından xəbər verir: «Burdan hamıya bəyan edirəm ki, insanlar heç bir şübhə etmədən bu toyuqlardan alıb yeyə bilərlər. Bir insanın haram yeməsi və ya haram geyinməsi onun dualarının qəbul olunmamasına səbəb olur» - deyə Hacı Surxay «halal» qidaların dini baxımdan nə qədər vacib olduğunu vurğuladı.
Tədbirə qatılan digər dini alim Hacı Gündüz də deyilənləri təsdiqlədi. Onun sözlərinə görə, heyvanın və quşun müsəlman tərəfindən kəsilməsi, kəsilərkən üzü qibləyə olması və bu zaman «Bismillah» deyilməsi vacib şərtdir.
Məhsullar yerli və beynəlxalq standardlara uyğundur
Azərbaycanda isə "Mərcan" toyuqlarına Qida Təhlükəsizliyi Agentliyi (QTA) müsbət rəy verib. R.Məmmədzadənin sözlərinə görə, müəssisənin məhsulları I katerqoriyaya aiddir, bu isə onun zülallarla zənginliyinə, quşların yetişdirilməsindən hazır məhsulun buraxılmasına kimi istehsalat prosesinə ciddi nəzarət tələb edən QOST 31962-2013 standartına uyğunluğunu sübüt edir: “Yəni, "Mərcan" toyuqları QTA-nın tələblərinə tam cavab verir".
«Bu toyuqların yemləri də «halal»dır»
«Mərcan» toyuqlarının «halal» sertifikatı və tələbləri təkcə kəsim prosesin əhatə etmir. Bu toyuqlara yemlər də sertifikatın tələb etdiyi şərtlər əsasında alınır: «Bu yemlərdə hər hansı bir donuzmənşəli və s. bu kimi qatqılar yoxdur»-deyə qeyd edilir.
Halal sertifikatla «ərəb bazarına» çıxacaq
Qeyd edək ki, hazırda dünyada müxtəlif «halal» standartlar mövcuddur. Bunlar bir-birinə oxşar olsalar da nüfuz və tanınma dərəcələri fərqlidir.
Rüfət Məmmədzadənin sözlərinə görə, Malayziyanın halallıq standartı olan «SM 15000 2019» sertifikatının digər standartlardan fərqi odur ki, bu sertifiat Beynəlxalq İslam Konfransı və bir çox başqa ölkələr tərəfindən də qəbul edilir: «Bu sertifikatlı məhsulları dünyanın əksər bir çox islam və müsəlman ölkələri sözsüz qəbul edirlər». Başqa sözlə, yeni sertifikat sayəsində «Mərcan»ın istehsal etdiyi «halal» məhsullar təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də tanınacaq.
Beynəlxalq səviyyədə tanınan «halal» sertifikatının alınması «Mərcan»a imkan verəcək ki, məhsullarını yerli bazarda satmaqla yanaşı, xaricə də ixrac etsin. Müəssisənin direktoru Rüfət Məmmədzadənin sözlərinə görə, Ucar quşçuluq müəssisəsi Ərəb ölkələrinə məhsul ixrac etməyi planlaşdırır. Hazırda şirkət bir neçə ərəb ölkəsilə ixracla bağlı danışıqlar aparır.
«Toyuqların guya dərmanla yetişdirilməsi mifdir»
Rüfət Məmmədzadənin sözlərinə görə, ölkəmizdə dərmanla toyuq yetişdirilib satılmasına icazə verilmir: «Bunlar hamısı mifdi. Əgər toyuğu dərmanla yetişdirmək olsaydı. O zaman toyuğun qiyməti həddindən artıq baha olardı və onu satmaq sərf etməzdi. Mərcan toyuqları təbii yemlərlə qidalandırılır və təmiz su içir və yüksək gigiyenik şəraitdə qorunur». Müəssisə direktorunun sözlərinə görə, burada quşlar azı 3 a böyüdüldükdən sonra kəsimə gedir.
«Rəf ömrü» 6-7 gün olan toyuqlar satıcılara da sərfəlidir
Quşçuluq müəssisəsindəki müasir avadanlıqlar «Mərcan»a əlavə üstünlük də gətirir. Belə ki, bu texnologiya sayəsində Mərcan toyuqlarının piştaxtalarda «rəf ömrü» 6-7 gün təşkil edir. Bu da həm istehsalçı, həm də atıcı üçün daha sərfəlidir: «Başqa toyuq məhsullarının «rəf ömrü» daha azdır».
Qeyd edək ki, Ucar quşçuluq müəssisəsində ROS 308 cins toyuqları yetişdirilir. Bu cinsin yetişdirilməsi üçün tam qapalı 24 saat ərzində lazımı tempraturun olması vacibdir.
«Bazarın 25-50%-i bizdədir – istehsalı iki qat artıracağıq»
Ucar quşçuluq müəssisəsində ümumilikdə 65 çeşiddə məhsulu istehsal olunur və bu məhsullar bütün bölgələrdə eyni qiymətə satılır.
Baş direktorun sözlərinə görə, müəssisənin orta aylıq istehsalı 750-800 tondur. Bu məhsullar Bakı-Abşeron, həmçinin Gəncə Mingəçevir, Göyçay, Bərdə də satılır.
Şirkətdən FED.az-a verilən məlumata görə, ölkədə Mərcan toyuqlarının bazar payı 25-50% arasında dəyişir. Həmçinin şirkətə yeni investisiyaların qoyulacağı da istisna edilməyib. Bu investisiyalar növbəti illərdə quşçuqluq müəssisəsinə istehsalı iki dəfə artırmağa imkan verəcək.
Azərbaycanda «halal» toyuqların satışı başlayır – YENİLİK
09:27
30 May 2019