Ermənistanda bir neçə gün əvvəl həbs edilən keçmiş maliyyə naziri Qaqik Xaçatryanın işi ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.
FED.az xəbər verir ki, indiyə qədər də Ermənistanın ən varlı şəxslərindən sayılan keçmiş nazirin Ermənistandan kənarda və Avropada böyük əmlaklarının olduğu müəyyən edilib.
Eləcə də bax: Azərbaycanda Rusiya şokoladlarına - MARAQ ARTIB Dünyanın ən böyük şokolad fabrikinin işçiləri - TƏTİL EDİR
Qeyd edək ki, Xaçatryan 2008-2016-cı illərdə vergi və gömrük xidmətinə rəhbərlik edib, 2014-2016-cı illərdə isə eyni zamanda maliyyə naziri vəzifəsini də yerinə yetirib. Yeri gəlmişkən, məhz bu səbəbdən son vaxtlara qədər Ermənistana gətirilən malların gömpük rəsmiləşdirilməsini ona məxsus olan «Norfolk konsaltinq» şirkəti həyata keçirirmiş.
Ermənistandakı əmlaklardan savayı keçmiş nazirin Avropada da maraqlı yatırımları ortaya çıxıb. Belə ki, 2011-ci ildə Xaçatryan 200 milyon avro müqabilində Avstriyanın Zalsburq şəhərindəki şokolad fabrikini alıb. Qeyd edək ki, bu zavod dünya şöhrətli «Motsart» şokoladları istehsal edir. «Motsart» şokoladları Avstriyanın simvollarından sayılır və turistlərin ən çox aldığı məhsullardandır.
Şokolad zavodu nazirin öz adına deyil, oğlunun adına rəsmiləşdirilib. Ermənistanın mobil operatorlarının səhmlərinin 41%-i də keçmiş nazirə məxsus olub və qohumlarından birinin adına rəsmiləşdirilib.