Dünyanın ən böyük şokolad fabrikinin işçiləri tətil edir.
FED.az xəbər verir ki, Fransanın San-Maritim regionunda yerləşən şokolad yağları istehsalı ilə məşğul olan Vilye-Eskay Zavodunda çalışan 160 işçi altı gündür işə çıxmaqdan imtina edir.
Onların tələbi illik maaşlarının 4,5 faiz artırılması, 900 avro "Makron" qonorarının ödənilməsi və iş şəraitinin yaxşılaşdırılmasından ibarətdir.
Tətil səbəbindən artıq “Nutella” və məşhur "Kinder Bueno" şokoladlarının istehsalı dayanıb.
Xatırladaq ki, Vilye-Eskay Zavodu gun ərzində 600 min qab "Nutella" istehsal edir.