McDonald’s “fast food” restoranlar şəbəkəsi yeni sahibinə satıldıqdan sonra Rusiyadakı adını dəyişəcək.
Eləcə də bax: “McDonald's” Rusiyadakı biznesini bu şəxsə - SATIR
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkətin adı “Mc” olaraq qalacaq.
Bununla yanaşı, vurğulanır ki, brendin adındakı sarı “M” hərfi dəyişdiriləcək. Xatırladaq ki, mayın 19-da McDonald’s Rusiyadakı biznesini Sibirdəki tərəfdaşı olan Aleksandr Govora satıb. Sahibkar şəbəkə ilə demək olar ki, 10 il işləyir.