Amerikanın “McDonald's” şirkəti Rusiyadakı biznesini iş adamı Aleksandr Qovora satır.
FED.az xəbər verir ki, bu barədə məlumatı şirkət yayıb.
“McDondald's Corporation” bu gün bəyan edib ki, cari lisenziya sahibi Aleksandr Qovor ilə alqı-satqı müqaviləsi bağlayıb.
Bildirilir ki, Qovor tərəfindən alınan restoranlar şəbəkəsi yeni brend adı altında fəaliyyət göstərəcək. Müqavilənin dəyəri açıqlanmayacaq.
Qeyd edək ki, Aleksandr Qovor daha əvvəldən “QiD” şirkəti Novosibirsk, Berdsk, Tomsk, Kemerovo, Novokuznetsk, Barnaul və Krasnoyarskda 25 “McDonald's” müəssisəsini idarə edib. (Qafqazinfo)