May ayı “Azərlotereya” üçün böyük uduşlarla yadda qalıb
FED.az xəbər verir ki, ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin təşkil etdiyi lotereyalar üzrə may ayında ümumilikdə 6 böyük uduş qazanılıb.
Təsadüfün bu qədəri – Xaçmazda tarixi cekpot qazanmış şəxs bu dəfə də - 100 000 AZN UDDU
Onlardan “Göz Muncuğu” və “5X” ani lotereyalarında böyük uduş - 100 000 manat şanslı qaliblərinə qovuşub. Uduşlu biletlər Bakı və Sumqayıt şəhərlərindən alınıb.
Bu ay Masallıda da “Qızıl” lotereyası 25 000 manat qazandırıb. “Ani 50” lotereyasında isə iki dəfə böyük uduş sahiblərini tapıb. Bakı şəhər sakinləri Rəşad Rzayevə 50 000, Həsənqulu İsmayılova isə 10 000 manat qismət olub. Daha bir 10 000 manat isə “Şans Yağışı”ndan qazanılıb.
Qeyd edək ki, “Azərlotereya”nın təşkil etdiyi ani lotereya oyunlarında 25 000-dən 200 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Lotereya biletlərini lotereya satış nöqtələri, “Azərpoçt” şöbələri və “Misli” məntəqələrindən əldə edə bilərsiniz.