"Super Keno" lotereyasında 100 000 AZN qazanılıb
FED.az xəbər verir ki, lkənin qanuni və yeganə lotereya təşkilatçısı “Azərlotereya” ASC-də növbəti böyük uduş qazanılıb. "Super Keno" lotereyasının 23163 nömrəli tirajında 100 000 manat udulub.
Bu dəfə lotereyada maraqlı hal yaşanıb. Belə ki, şanslı qalib yenə Xaçmaz şəhərindən çıxıb. İşin xoş təsədüfü isə qalibin daha öncə də eyni satış məntəqəsindən aldığı biletlə "4+4" lotereyasında 913 072 manatlıq tarixi cekpotu qazanması olub.
Bəxtəvər qalib Kamran Məmmədsəidov əli düşərli olan satıcı Cəfər Xıdırovdan sadəcə 5 manata aldığı bir biletlə böyük uduş – 100 000 manata sahib olub. Oyun qaydalarına əsasən qalib şəxs 10 mislini də seçsəydi, böyük uduş - 1 000 000 manatı qazana bilərdi.
Daha öncə müsahibələrinin birində 1 000 000 manat udduğunu yuxusunda gördüyünü deyən Kamran bəy indi 100 000 manat qazanaraq yuxusunu çin etmiş oldu.
Qeyd edək ki, həftənin hər günü Xəzər TV və “Azərlotereya TV” youtube kanalında saat 19:45-də canlı yayımlanan “Super Keno”da 1 000 000 manat böyük uduşa sahib ola bilərsiniz.
"Super Keno" və digər tirajlı lotereya biletlərini “Misli” məntəqələri, “Azərpoçt” şöbələri və “Azərlotereya” satış nöqtələrindən də əldə edə bilərsiniz.