Azərbaycanda eyni şəxsə məxsu iki şirkət ləğv edilir.
FED.az xəbər verir ki, ləğv edilən şirkətlər "SZS" və "NBM" MMC-lərdir.
Hər iki şirkətin ləğv olunması ilə bağlı kreditorlar iki ay ərzində tələblərini 1021 Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, ev 11, mənzil 8 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "SZS" MMC 31 may 2017-ci ildə "NBM" MMC isə 9 aprel 2018-ci ildə yaradılıb.
Hər iki şirkətin nizamnamə kapitalı 100 manatdır, qanuni təmsilçisi Fərid Yusifov Vəli oğludur.