“Masallı Aqrotexservis”in fəaliyyətinin bərpası ilə bağlı - YIĞINCAQ KEÇİRİLƏCƏK 11:06 10 Yan 2024 “Masallı Aqrotexservis” ASC-nin (VÖEN: 6400364511) səhmdarlarının növbəti ümumi yığıncağı 24 fevral 2024-cü il saat 11.00-da keçiriləcəkdir. ASCO-nun 1 milyonluq törəmə şirkəti adını və hüquqi formasını dəyişir FED.az xəbər verir ki, yığıncaq Masallı şəhəri, Qurtuluş küçəsi 125 ünvanında baş tutacaq. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 1. Cəmiyyətin 2023-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə icra orqanının hesabatı; 2. Cəmiyyətin balansında olan və istifadəyə yararsız bir sıra əsas vəsaitlərin özgəninkiləşdirilməsi məsələsinin müzakirəsi; 3. Cəmiyyətin fəaliyyətinin bərpası ilə bağlı məsələnin müzakirəsi; 4. Digər məsələlər. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əlaqə telefonu: (055)-516 91-89 - “Masallı Aqrotexservis” ASC-nin icra orqanı