Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu (VÖEN: 9900054421) adını və təşkilati-hüquqi formasını dəyişir.
FED.az xəbər verir ki, qurum “ASCO Mühəndislik” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini elan edir.
Qeyd edək ki, Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu 20 iyul 1994-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 014 403 manatdır, qanuni təmsilçisi Oyrad Abdullayev Məmməd Rəhim oğludur.
Hüquqi ünvanı Az1073, Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə ev 127-də yerləşir.