Vaxtilə Azərbaycanın ən böyük biznes sənaye qruplarından olan «Gilan»ın inventarizasiyası davam edir.
"Gilan Holdinq" ilə eyni ünvanda 54 milyon manat nizamnamə kapitallı - ŞİRKƏT YARADILDI
FED.az xəbər verir ki, şirkətə məxsus olan onlarla müəssisə və şirkət fəaliyyətini dayandıraraq «Gilan»ın özünə birləşdirilir.
Növbəti ləğvetmə prosesi 25 şirkəti əhatə edir.
«GİLAN» MMC (VÖEN: 1400130241) elan edib ki, aşağıda adları çəkilən 25 şirkət ləğv edilərək «Gilan»a birləşdirilir.
Aşağıda qeyd edilən şirkətlər ləğv edilərək "GİLAN" MMC-yə (VÖEN:1400130241) qoşulur. "GİLAN" MMC aşağıda göstərilən şirkətlərin hüquqi varisidir. Kreditorlar tələblərini 1 ay ərzində "GİLAN" MMC-nin hüquqi ünvanı olan AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, NƏRİMAN NƏRİMANOV PR., ev 206, MƏH.466 ünvanına yönəldə bilərlər-deyə açıqlamada bildiridir.
Ləğv edilərək «Gilan»a qoşulan şirkətlər aşağıdakılardır:
-“GİLAN AQRO SİTRUS” MMC (vöen: 2601589811)
-“GİLAN PLASTİK” MMC ( vöen: 1401788571)
-“GİLAN İDMAN KLUBU” MMC (vöen: 1402368111)
-“GİLAN & PİD” MMC (vöen: 1400730251)
-“GİLAN SERVİS” MMC (vöen: 1402137961)
-“GİLAN PİANO” MMC (vöen: 1401413541)
-“GİLAN TURİZM” MMC (vöen: 1400629151)
-“GİLAN ZEYTUN” MMC (vöen: 1401684851)
-“GİLAN-ÜLKER TRADİNG” MMC (vöen: 1402297271)
-“İNŞAAT SERVİS+” MMC (vöen: 1500055311)
-“KASPİAN MOBİL” MMC (vöen: 1500504751)
-“NƏSİB KİÇİK MÜƏSSİSƏSİ” MMC (vöen: 2900558571)
-“OĞUZ NƏŞRİYYAT” MMC – (vöen: 1402585701)
–“QAFQAZ OTELLƏRI BAKI” MMC – (vöen: 1305250381)
-“QAFQAZ-LƏNKƏRAN” MMC (vöen: 2602738021)
-“RESİDENCE TOVVER” MMC (vöen: 1304663701)
-“ŞİRVAN NƏQLİYYAT” MMC (vöen: 4800053081)
-“ŞİRVAN İNŞAAT” MMC ( vöen: 4800052981)
-“ŞİRVAN SƏNAYE” MMC ( vöen: 4800053101)
-“URBN İNTERNATİONAL DEVELOPMENT” MMC ( vöen: 1305561341)
-“URBN LANDSCAPES” MMC (vöen: 1306021221)
-“URBN REAL ESTATE GROUP” MMC (vöen: 1305548201)
-“URBN REAL ESTATE SERVİCES” MMC (vöen: 1305549531)
- ABŞERON ZEYTUN MMC (vöen: 1400532611)
-“TVİNS” MMC (vöen: 2901640641)