Bəzi marketlər şəbəkəsində bir sıra ərzaq məhsullarının qiymətində artım müşahidə olunub.
Eləcə də bax: Azərbaycanda bu ərzaqlar bahalaşdı – SİYAHI, QİYMƏTLƏR
FED.az Banker.az-a istinadən xəbər verir ki, qiymət artımını görmək üçün, artım qeyd olunmuş məhsulların bir ay öncəki və yeni qiymətini müqayisə etmək kifayətdir.
“Araz”, “Bravo” və “Neptun” supermarketlər şəbəkələrinin qiymətlərində müqayisə apardıqda görərik ki, dekabr ayında 4.25 manata satılan “Final Qarğıdalı yağı” yanvarda artıq 4.59 manatdır.
Qiyməti artan məhsullar sırasında yumurta, “Sana yağı”, “Un”, “Sultan Basmati Düyü, “İçkilər”, “Meyvələr” də var.
Suyun qiymətinin artımı şirə istehsalçılarından da yan keçməyib. Hətta “Coca-Cola”, “Fanta” içkisinin qiymətində də artım baş verib.
Qiymət dəyişikliyi olan məhsulların siyahısını təqdim edirik: