İspaniyanın “Mango” geyim brendi Rusiyadakı 50-dən çox mağazasını françayzinq tərəfdaşlarına satmaq qərarı verib.
Eləcə də bax: “Huawei” Rusiyadakı mağazalarını - BAĞLAYIR
FED.az xəbər verir ki, şirkət artıq bir neçə partnyorla françayzinq alacaq 55 şəxsi mağazasından imtina etmək barədə razılığa gəlib.
Razılaşma nəticəsində “Mango” Rusiya Federasiyasına müstəqil şəkildə məhsul tədarükünü dayandıracaq.
Xatırladaq ki, martın 3-də “Mango” Rusiyada fəaliyyətini müvəqqəti dayandıracağını açıqlamışdı. Şirkət qeyd edib ki, belə bir qərar malların daşınması və təchizatındakı çətinliklərlə bağlıdır. (Qafqazinfo)