“Huawei” Rusiyada mağazalarını bağlamağa başlayıb.
Eləcə də bax: “Apple Pay” Rusiyada fəaliyyətini - DAYANDIRIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, hazırda 19 mağazadan dördü fəaliyyətini dayandırıb.
Əsas səbəblər arasında məhsulların çatışmazlığı və smartfonlara tələbatın az olması göstərilir.
Hələ 2022-ci ilin martında “Financial Times” yazmışdı ki, Çin istehsalçıları olan “Xiaomi”, “Oppo” və “Huawei” Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra ölkəyə tədarükü yarıya qədər azaldıblar. Mənbələr bunu rublun məzənnəsinin qeyri-sabitliyi və Qərbin sanksiyaları ilə əlaqələndirirlər.