Biznes

“Mall”lar bu tarixdən açılacaq? – TƏKLİF

“Mall”lar bu tarixdən açılacaq? – TƏKLİF | FED.az
13:37 4 Sen 2020

Karantin qaydalarının yumşaldılması, müəyyən sahələrin açılması təbii ki, iqtisadiyyata müsbət təsir göstərib.

Eləcə də bax: İri ticarət mərkəzləri - NƏ VAXT AÇILIR?

FED.az xəbər verir ki, bunu  Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, karantinin təsir etdiyi sektorlarda fəaliyyətin tədricən bərpa edilməsi xüsusən də iş yerlərinin açılmasına imkan yaradıb:

“Nəzərə alsaq ki, Azərbaycanda pandemiya 20 fəaliyyət sahəsinə təsir göstərmişdi və onların 11-ə 100 faiz, 9-a isə 70 faiz təsirləri olmuşdu. Sərt karantin dövründə həmin 20 fəaliyyət sahəsində fəaliyyətlərin dayanması və məhdudlaşması qeydə alınırdı. Ancaq mərhələli şəkildə yumşalma fəaliyyətlərin mərhələli bərpasına imkan yaratdı, xüsusən də ictimai iaşə, xidmət və turizm sektorunda son yumşalmalardan sonra aktivliyin artması, məşğulluğun təmin edilməsi müşahidə olunur.

Ona görə bizim təklifimiz ondan ibarətdir ki, açılmalar davam etməlidir. Bir müddət əvvəl təklif etdiyimiz kimi, sentyabrın 15-dən etibarən qapalı məkanlarda restoran və kafelərin fəaliyyətinə icazə verilməsi məqsədəuyğundur. Oktyabrın 1-dən “Mall”larda fəaliyyətlərin epidemioloji vəziyyətdən asılı olaraq bərpa edilməsini də təklif etmişik.

Eyni zamanda yeni standartlar və meyarlar hazırlamaqla noyabrın 1-dən şadlıq saraylarının da fəaliyyətinə icazə verilməsini tövsiyə edirik, çünki bu sektorda da kifayət qədər vətəndaşımız çalışır. Bizim qiymətləndirmələr göstərir ki, ictimai iaşə və xidmət sektorunda 150 mindən artıq vətəndaşımız çalışır və yan sektorları da nəzərə alsaq, bu rəqəm daha böyükdür. Bu baxımdan məşğulluğun təmin ediməsi üçün iqtisadi açılımları davam etdirmək məqsədəuyğundur”. (Trend)

Digər xəbərlər