“İri ticarət mərkəzlərin açılması barədə hələ qərar yoxdur”.
Eləcə də bax: “Hər hansı iqtisadi yardım olacaqsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”
FED.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, gələcəkdə bu məsələyə baxılması istisna deyil: “Epidemioloji vəziyyəti nəzərə alınaraq, mərhələli şəkildə addımlar atılması vacibdir. İri ticarət mərkəzləri barədə məsələ də müzakirə olunaraq, bu barədə müvafiq qərarlar veriləcək”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, rayonlararası gediş-gəliş məsələsi də Operativ Qərargahda müzakirə olunacaq: “Qəbul ediləcək qərarlar barədə də ictimaiyyətə məlumat veriləcək”.