“Lombardlar haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
Eləcə də bax: Azərbaycanda lombard kreditlərinə ciddi – NƏZARƏT BAŞLAYIR
FED.az xəbər verir ki, qanun layihəsinin müzakirəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında iş planına daxil edilib.
Komitə sədri Tahir Mirkişili bilirib ki, işçi qrupu yaradılıb, qanun layihəsi hazırlanıb. T.Mirkişili layihəni komitənin payız sessiyasında iş planına salmağı təklif edib. Təklif səsə qoyularaq qəbul edilib. (Trend)