Lombard və lizinq bazarlarında fəaliyyət göstərən “Kredit Evi” ASC-nin səhmdarları dəyişib.
FED.az xəbər verir ki, səhmdar Azər Hacıyev Məhərrəm oğlu “Kredit Evi”ndəki payını 2022-ci ilin 3 avqustunda Dürrə Eyvazova Hətəmxan qızına satıb. Dürrə Eyvazova öz payını 30 noyabr 2022-ci ildə qardaşı Kazım Hüseynov Hətəmxan oğluna satıb.
Səhmdarları hər biri 50% payı olmaqla Səbuhi Əzizov Məmmədsani oğlu və Kazım Hüseynov Hətəmxan oğludur.
Qeyd edək ki, “Kredit Evi” ASC 15 mart 2017-ci ildə yaradılıb.
Şirkət hazırda 4 000 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Elşad Bağırov Ramazan oğludur.