Cins şalvar markası “Levi's Strauss”un satışları 62% azalıb.
Eləcə də bax: "Coca-Cola", "Unilever" və "P&G"-dən sosial mediaya - REKLAM ŞOKU
FED.az xəbər verir ki, maliyyə ilinin ikinci rüb hesabatını açıqlayan şirkətin koronavirus epidemiyası səbəbiylə təxminən 10 həftə bağlanan "Levi's" şirkətinin internet satışları şirkətin satışları stabil saxlamağa kifayət etməyib.
Maliyyə vəziyytinin pis olması şirkətin qənaət etmək üçün addımlar atmasına səbəb olub. Şirkətin açıqlamasına görə, 700 nəfərin qlobal korporativ işçi heyətindən çıxarılacağı bildirilib.
Qeyd edək ki, “Levi's Strauss”un məqsədi ildə 100 milyon dollar qənaət etməkdir.
Şirkətin baş direktoru Chip Bergh işçilərə verdiyi qeyddə “Bizi nikbin edəcək bəzi əlamətlər görsək də, ehtiyatlı olmağa davam etməliyik. "Koronavirus epidemiyasının ikinci dalğası ola bilər və nəticədə mağazalarımız yenidən bağlana bilər" deyib. Bergh-in narahat olması əsaslı sayıla bilər. Çünki, ABŞ-da yeni yoluxmaların sayı sürətlə artır. ShopperTrak məlumatlarına görə, son iki həftə ərzində pərakəndə mağazalardakı müştəri axını azalıb.
Dünyadakı “Levi's” mağazalarının 90% -i yenidən açılıb. Açıqlamada satışlarla bağlı dəqiq bir rəqəm verilməsə də şirkətin satışlarının ötən ilə görə çox aşağı olduğu qeyd edilib.
ŞİRKƏTİN BAZAR DƏYƏRİ 27% VƏ YA 5.5 MİLYARD DOLLAR AZALIB
San-Fransiskoda yerləşən şirkət ikinci rübdə 364 milyon dollar itirib.
Qeyd edək ki, ötən ilin eyni dövründə 29 milyon dollar mənfəət açıqlanmışdı.
“Levi's” zərərin böyük hissəsinin yenidən başlaması səbəbiylə yenidən qurulan əmək haqqı və inventar xərclərinin hesabına olduğunu söyləyib. Gəlirlər bu ötən ilin eyni dövründə 1 milyard 310 milyon dollar olduğu halda bu il 498 milyon dollarla enib.
Demək olar ki, bütün pərakəndə satıcılarda olduğu kimi koronavirus epidemiyası dövründə “Levi's”ın də internet satışları artıb. Ötən ilin ikinci rübündə onlayn satışlar ümumi satışın 5 faizini təşkil etmişdi, bu il isə bu göstərici 15 faizə qədər yüksəlib. Buna baxmayaraq “Levi’s”ın Amerika qitəsindəki satışları 59%, Avropada 68% və Asiyada 61% azalıb.
“Levi's” ikinci rübü 2 milyard dollar likvidliyi ilə başa vurub. Şirkətin bazar dəyəri bir il əvvələ nisbətən 27% azalaraq 5,5 milyard dollara düşüb.