10 sentyabr 2024-cü il saat 10.00-da “Bakı Tikinti Konstruksiyaları” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. 2023-cü ilin maliyyə hesabatının təsdiq edilməsi.
2. Cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi.
3. Cəmiyyətin qalıq əmlakının səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi.
4. Cəmiyyətə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması.
5. Digər məsələlər.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün hər həftənin V-günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin ləğvetmə komissiyasının rəhbərinə müraciət edə bilərlər.
Əlaqə telefonu– 050-247-50-12.
Ünvan– Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül zonası, 507-ci küçə, 2096-cı məhəllə.