09 sentyabr 2024-cü il saat 11.00-da “Bakı Yüngül Konstruksiya” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Abşeron rayonu, Xırdalan şəhərində cəmiyyətin inzibati binasında baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin 2023-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı;
2. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi;
3. Cəmiyyətin Ümumi yığıncağı və icra orqanı haqqında Əsasnamənin təsdiqi
4. Cəmiyyətin idarəetmə orqanlarının formalaşdırılması;
5. Cəmiyyətin balansında olan istismara yararsız əsas vəsaitlərin silinməsi və özgəninkiləşdirilməsi məsələsininin müzakirəsi;
6. Cəmiyyətin yerləşdiyi torpaq sahəsinin icarəyə götürülməsi və özəlləşdirilməsi məsələsininin müzakirəsi.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: 050-390-76-86