“18” iyun 2025-ci il tarixdə saat 11:00-da “Lənkəran-Konserv” ASC-nin (ləğv prosesindədir) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Lənkəran rayonu, Lənkəran şəhəri, Əli Bayramov küçəsi, 77 ünvanında baş tutacaq.
Səhmdarların növbədənkənar ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:
1. “Lənkəran-Konserv” ASC-nin (ləğv prosesindədir) (dövlət qeydiyyatı № (VÖEN) 2600118231) ləğvetmə balansının təsdiq edilməsi.
2. “Lənkəran-Konserv” ASC-nin (ləğv prosesindədir) (dövlət qeydiyyatı № (VÖEN) 2600118231) qalıq əmlakının iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi.
3. “Lənkəran-Konserv” ASC-nin (ləğv prosesindədir) (dövlət qeydiyyatı № (VÖEN) 2600118231) qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi ilə bağlı məsələlər.
4. “Lənkəran-Konserv” ASC-nin (ləğv prosesindədir) (dövlət qeydiyyatı № (VÖEN) 2600118231) ləğv edilərək Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılması üçün müvafiq qeydiyyat idarəsinə müraciətlə bağlı məsələlər.
Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla iclas vaxtı yuxarıdakı ünvanda tanış olmaq olar.
Səhmdarların növbədənkənar ümumi yığıncağında şəxsiyyətinitəsdiq edən sənədlə bilavasitə özünün və ya səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş nümayənləri vasitəsilə iştirakı xahiş olunur.