30 iyun 2025-ci il saat 11:00-da "AY-ATA" Qapalı Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
- cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi);
2024-cü ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı;
- qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadəyə yararsız əsas vasitələrin silinməsi;
- sair məsələlər.
Yığıncaq cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsi, 5 ünvanda keçiriləcək.
Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla səhmdarlar yığıncağın keçirilməsinə 2 saat qalmış cəmiyətin yerləşdiyi hüquqi ünvanda tanış ola bilərlər.