Konsul leqallaşdırılması informasiya sisteminin yaradılması haqqında layihə hazırlanıb.
"Azərbaycanda biznes mühitinin qiymətləndirilməsi üçün ölçü meyarları olmalıdır"
FED.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq məsələləri üzrə şöbəsinin müdiri Anar Məmmədov “Biznesə daxilolma” İşçi qrupunun iclasında bildirib.
Onun sözlərinə görə, "Xarici rəsmi sənədlərin respublikaya qəbul olunması üçün onlar leqallaşdırılmalıdır. Hazırda bu proseslər kağız daşıyıcılar vasitəsilə həyata keçirilir. Yol Xəritəsində konsulluq leqallaşdırılması üzrə əsas işçi qrup Xarici İşlər Nazirliyi tərəfindən yaradılıb. Konsul leqallaşdırılması informasiya sistemi xarici investisiyalı hüquqi şəxslərin müraciətlərinin asanlaşdırılmasına, təqdim olunan sənədlərin operatib şəkildə təsdiqinə və aidiyyatı dövlət qurumlarının həmin məlumatları qısa müddət ərzində əldə etməsinə istiqamətlənib. Konkret olaraq konsulluq leqallaşdırılmalmasının tam olaraq rəqəmsal olması üçün proqram təminatının yaradılması üçün müəyyən olunub hansı şirkət ilə əməkdaşlıq edəcəyik .
Proqram təminatının iki prinsipi var orda birisi əsası elektron reyestrin açılmasıdır. Elektron reyestr sistemi açıq olacaq və sənədlərin təhlükəsiz şəkildə qorunmasına dair tədbirlər həyata keçiriləcək".
O əlavə edib ki," Hər bir informasiya sisteminin hüquqi aktı olmalıdır. Hal hazırda layihəmizə baxılır. Dövlət reyestri haqqında qanuna dəyişikliklər olunub və icrası ilə bağlı nazirlər kabinetinin də tələbləri var. İnformasiya sisteminin texniki tərəfləri ilə bağlı da biz görüşlər keçiririk və çalışırıq ki qısa zaman ərzində bu proqram təminatı istifadəyə verilsin".