Azərbaycanda biznes mühitinin ayrı-ayrı sahələrinin qiymətləndirilməsi üçün ölçü meyarları olmalıdır.
Samirə Musayeva: "Sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumlanın hüquqi şəxs təsis etmək hüquqları məhdudlaşdırılır"
FED.az xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bu gün keçirilən "Biznesə daxilolma" İşçi qrupunun iclasında bildirib.
"Biz xüsusilə özəl sektor daxil olmaqla, maraqlı tərəfləri biznes sahəsində islahatların hazırlanması prosesində fəal şəkildə iştirakını təmin edirik. Tədbirlər planı, yol xəritələri, təqdimatlar və s. azranking.az səhifəsində əlçatandır. Bütün tədbirlər planı nəticəsi olaraq islahatlar qəbul edildikdən sonra onların tətbiqi barədə maraqlı tərəfləri məlumatlandırırıq və ictimaiyyətə bütün məlumatları çatdırırıq. Xarici və yerli investisiya müəssisələrinin qeydiyyatı ilə bağlı yaradılmış əlverişli imkanlar daxil olmaqla "Biznesə daxilolma"ya dair aparılan son islahatların genişləndirilməsində özəl sektorun böyük rolu olacaq ", - o qeyd edib.