Nyu-York birjasında kofenin qiyməti 7 illik maksimuma yaxınlaşıb.
Eləcə də bax: Restoranlara «pul axmağa» başlayıb - SEKTOR «ÖZÜNƏ GƏLİR»
FED.az xəbər verir ki, hazırda qış fəslini yaşayın Braziliyadakı soyuqlardan sonra arabika kofesinin qiyməti 1 funt üçün (təqribən 440 qram) 2 dollara yaxınlaşıb. Bu 2014-cü ildən bəri ən yüksək qiymətdir.
Son bir neçə gündə kofe 30%, ilin əvvəlindən isə 60% bahalaşıb.
Artıq kofe içkiləri istehsal edən Tchibo və UCC kimi şirkətlər məhsullarının qiymətini artırıblar.
Xatırlahdaq ki, dünyanün ən böyük kofe istehsalçsı olan Braziliya artıq ardıcıl olaraq ikinci ildir ki, kofe plantasiyalarına mənfi təsir edən təbiət hadisələri ilə üzləşir.
2021-ci ildə kofe plantasiyaları soyuqların təsirinə məruz qaldığı halda, 2020-ci ildə Braziliyada son 100 ilin ən böyük quraqlığı baş vermişdi.
Hələlik soyuqların kofe plantasiyalarına nə qədər təsir etdiyi məlum deyil. Ola bilər ki, fermerlər ağacları budamalı olsunlar, bu da istehsalın azalmasına və növbəti bahalaşmaya səbəb ola bilər. İstinilən halda, temperaturun aşağı düşməsi qarşıdakı 3-4 il ərzində məhsulun azalmasına səbəb olur.
Sinoptiklərin məlumatına görə, qarşıdakı həftə ərzində də Braziliyada güclü şaxtalar gözlənilir.