İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus "Birgə İnvest" MMC-nin nizamnamə kapitalı 2 milyon manat və yaxud 44,45% azaldılıb.
Eləcə də bax: "PAŞA Holdinq" ötən il 1,6 milyard manat - GƏLİR ƏLDƏ EDİB
FED.az xəbər verir ki, şirkətin kapitalı 4,5 milyon manatdan 2,5 milyon manata endirilib.
Xatırladaq ki, "Birgə İnvest" 2019-cu ilin noyabr ayında "Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq" adı ilə yaradılıb, bu ilin aprel ayında rebrendinq edib. Kommersiya qurumu KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir. (Report)