Bu il yanvarın 1-nə “PAŞA Holdinq” MMC-nin aktivləri 13,2 milyard manat təşkil edib.
Eləcə də bax: Ləğv prosesində olan şirkətdən - BORC ALMAQ OLARMI? - İZAHAT
FED.az xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə təxminən 11% çoxdur.
Hesabat dövründə şirkətlər qrupunun öhdəlikləri təxminən 14% artaraq 10,6 milyard manata çatıb, balans kapitalı isə dəyişməyərək 2,6 milyard manat qalıb.
2020-ci ildə holdinq 1,6 milyard manat gəlir əldə edib. Bu, 2019-cu illə müqayisədə təxminən 7% çoxdur.
Xatırladaq ki, “PAŞA Holdinq” 2006-cı ildə yaradılıb. Holdinq Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda - əsasən, maliyyə, tikinti və turizm sahələrində bir sıra müəssisələrə malikdir. (Marja)