İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Böyük Britaniyanın Kiçik Biznes üzrə Müvəkkili Liz Barkli ilə KOB-ların qarşılaşdıqları çətinliklər və onların həlli yolları, KOB-lara dəstək istiqamətlərində fikir mübadiləsi apalıb.
Londonda azərbaycanlı iş adamları ilə - GÖRÜŞ KEÇİRİLİB
FED.az bu barədə KOBİA-ya istinadən xəbər verir.
Məlumata görə, tərəflər arasında London şəhərində görüş keçirilib. Görüşdə Agentliyin fəaliyyəti, o cümlədən sahibkarların maraqlarının müdafiəsi sahəsində verdiyi dəstək və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verilib.