Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Londona işgüzar səfər çərçivəsində burada yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı iş adamları ilə görüşüb.
Noyabr ayında Bakıda Beynəlxalq KOB Forumu keçiriləcək
KOBİA-dan FED.az-a bildirilib ki, logistika, xidmət, qida sənayesi, maliyyə, İKT və s. sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı ilə keçirilən görüşdə sahibkarların ehtiyaclarına və çətinliklərinə dair fikir mübadiləsi aparılıb.