Sahibkarlıq subyektlərinin fəaliyyəti və istehsal prosesi ilə yerində tanışlıq məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi "Azerbaijan Coca-Cola Bottlers" MMC-nin Sulutəpədə yerləşən istehsalat fabrikində olub.
Eləcə də bax: Azərbaycanda daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi - VERİLDİ
KOBİA-dan FED.az-a bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov fabrikin iş prosesi, sərinləşdirici içkilərin istehsalı və qablaşdırılması ilə tanış olub, KOB-ların şirkətin dəyər zəncirinə necə töhfə verə biləcəyinə, şirkətin yeni layihələrinə, qida və sərinləşdirici içki sektorundakı fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.