İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus “Biznesin İnkişafına Rahat Güvənli Əməkdaşlıq” (BİRGƏ) MMC rebrendinq edib.
Eləcə də bax: “Zəyəm Texnologiyalar Parkı” ASC-nin səhmdarları toplaşır
FED.az xəbər verir ki, şirkət artıq “Birgə İnvest” adlanır.
Xatırladaq ki, sözügedən şirkət 2019-cu ilin noyabr ayında yaradılıb. Onun nizamnamə kapitalı 4,5 milyon manatdır. Kommersiya qurumu KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir. (Report)