“Zəyəm Texnologiyalar Parkı” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.
“Bank of Baku”da iclas keçiriləcək
FED.az xəbər verir ki, yığıncaq 30 İyun 2021-ci il saat 11.00-da Şəmkir rayonu, Zəyəm ŞTQ, S. Vurğun küçəsi 24 nömrəli (AZ5730) ünvanında baş tutacaq.
Gündəlikdəki məsələlər:
1. ASC-nin 2020-ci il üçün maliyyə hesabatı.
2. Digər cari məsələlər.
Qeyd:
• Səhmdarlar illik ümumi yığıncağın gündəliyi üzrə materiallarla ümumi yığıncaq zamanı tanış ola bilərlər.
• Mövcud pandemiya vəziyyəti ilə əlaqədar olaraq ölkə ərazisində sərt karantin rejimi olarsa, səhmdarların növbədənkənar ümumi yığıncağa onlayn şəkildə qoşulması və izləməsi üçün 3 gün öncədən ASC-yə məlumat verməsi xahiş olunur.
• Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hər bir səhmdar ümumi yığıncaqda iştirak hüququnu özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirə bilər. Sonuncu halda nümayəndənin səlahiyyəti qanunvericiliklə müəyyənləşdirilmiş formada tərtib olunmuş etibarnamə ilə təsdiq edilməlidir.