"MSDIS Holding" MMC nizamnamə kapitalını kəskin azaldı
Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 34 ünvanda yerləşən "MSDIS HOLDING" MMC-nin 26 iyul 2024-cü il tarixdə keçirilmiş ümumi yığıncağında cəmiyyətin nizamnamə kapitalı hər səhmin nominal dəyərinin azaldılması yolu ilə 2 572 000 (iki milyon beş yüz yetmiş iki min) manatdan azaldılaraq 500 (beş yüz) manat olmuşdur.
Kreditorların yazılı tələbləri bir ay müddətində MMC-nin yerləşdiyi ünvanda qəbul olunur.