Noyabrın 22-də Bakıda “Beynəlxalq Pərakəndə Sərgi”si öz işinə başlayıb.
FED.az "AZƏRTAC"-a istinadən xəbər verir ki, agentlik bu dəfə də iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinin bazarlara çıxışının genişləndirilməsi üçün KOB-ların sərgidə iştirakına dəstək göstərib.
Eləcə də bax: KOBİA sahibkarlar üçün - BAZAR ARAŞDIRMALARINA BAŞLAYIR
Sərginin KOB-lar üçün ayrılmış xüsusi stendində “PAŞA Holdinq”in dəstəyi ilə qazlı sular, bal, şirniyyat məhsulları, divar və fasad boyaları, milli kəlağayılar, IT texnologiyalar və sair nümayiş olunur. Belə sərgilərdə mikro və kiçik sahibkarlıq subyektlərinin iştirakı onların bazarlara çıxışı və satış imkanlarının genişləndirilməsi ilə yanaşı, KOB-ların məhsul və xidmətlərinin, yeni brendlərin daha geniş auditoriyaya təqdim olunması, mövcud biznes əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlığın qurulması baxımından faydalıdır.
“FA International Trade Events” MMC-nin təşkilatçılığı ilə noyabrın 21-23-də "Beynəlxalq Pərakəndə Konqresi" çərçivəsində keçirilən sərgidə yerli və xarici şirkətlər iştirak edirlər.