Kassalarda POS-terminallardan istifadə ilə bağlı qaydalarda dəyişiklik edilib
FED.az xəbər verir ki, ötən il kassalarda POS-terminalların olmadığı hal ilk dəfə baş verdiyi halda mağaza sahibi xəbərdarlıq edilirdi.
Eləcə də bax:Vergilər Nazirliyindən - «ŞADLIQ EVİ» AÇIQLAMASI
Məsələ ilə bağlı açıqlama verən Vergilər Nazirliyin şöbə müdiri Rəşad Nuriyev bildirib ki,yalnız ikinci dəfə belə hal baş verdiyi zaman maliyyə sanksiyası tətbiq olunurdu. Bu il isə artıq qanunda belə bir xəbərdarlıq və ya güzəşt müddəti nəzərdə tutulmayıb və qanunla da POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı müəyyənləşdirilib. Siyahı Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunub.
Eləcə də bax:Vergilər Nazirliyi: “Pozuntu haqqında məlumat versinlər - ADLARINI AÇIQLAMAYACAYIQ”
“Siyahıda qeyd olunan sahibkarlar POS-terminalları öz təsərrüfat subyektlərində quraşdırmalıdırlar. İstehlakçıya nadğsız ödənişin imtina edildiyi halda vergi ödəyicisinə bu ilk dəfə yol verildiyi halda min manat, ikinci dəfə baş verdiyi halda 3 min manat, 3 və daha çox baş verdiyi halda hər dəfə 6 min manat cərimə tətbiq olunur. Məcəllə artıq qüvvəyə minib”-deyə Vergilər Nazirliyinin rəsmisi bildirib.