Azərbaycanda müxtəlif gəlirlərə malik olan şəxslərin hansı enerji içkiçi içidiyi məlum olub. Belə ki, gəlirləri nisbətən yüksək olanlar «Red Bull», aşağı olanlar isə əsasən «Bizon»içkisi içirlər.
Eləcə də bax: «İşsizlik və qiymətlər artacaq, amma vəziyyət yaxşılaşacaq» – AZƏRBAYCANDA ARAŞDIRMA NƏTİCƏLƏRİ
FED.az xəbər verir ki, bu «Business Insight İnternational Research Group»un Azərbaycanda enerji içkiləri bazarında apardığı araşdırmada ortaya çıxıb. Araşdırmadan məlum olub ki, aylıq gəliri 870 manat olanlar əsasən «Bizon», 900 manat olanlar «Hell», 1100 manat olanlar isə «Red Bull» içirlər.
Eləcə də bax:Bakıda araq və pivə istehsalı - DƏFƏLƏRLƏ ARTIB
Araşdırma göstərib ki, ümuiyyətlə ölkədə ən çox içilən enerji içkisi «Bizon»dur - rəyi soruşulanların 56%-i bu içkidən istifadə edir. 51% «Hell», 24% «Red Bull» içir.
Araşdırma onu da göstərib ki, Bakı sakinləri daha çox «Red Bull» (67%) və «Bizon»a (53%) üstünlük verirlər. Paytaxtda «Hell»lə 46% maraqlanır. Regionlarda isə əksinə, «Hell» böyük üstünlüyə malikdir 54%. «Bizon» və «Red Bull»un payı müvafiq olaraq 47% və 33%-dir.
Gözlənildiyi kimi, enerji içkilərinin əsas istifadəçiləri kişilərdir. Hələlik qadınlar bu bazarda ciddi alıcı təbəqəsinə çevrilə bilməyiblər – içkilərin 74-79%-ni kişilər, 21-26%-ni isə qadınlar alır. Yeri gəlmişkən, qadınların ən çox bəyəndiyi enerji içkisi «Hell»dir.
Araşdırmanın maraqlı nəticələrindən biri odur ki, enerji içkilərinin təkcə gəeclərin içkisi olmadığı ortaya çıxıb. Belə ki, yaşı 20-30 arasında olanlar əsasən «Red Bull» və «Hell»i – müvafiq olaraq 45% və 42% bəyənirlər.
Yaşı 30-40 arasında olanları isə daha çox «Hell» və «Bizon»a üstünlük verirlər – müvafiq olaraq 45% və 43%.
Yaşı 40-49 olanlardan enerji içkilərini 8-18%, yaşı 50-65 olanlar isə 3-8% istifadə edirlər.