Türkiyədən və Amerikadan yükdaşımanı həyata keçirən “Starex” MMC adını dəyişir.
“Starex” karqo şirkətinə qadın rəhbər - TƏYİN EDİLDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, adını dəyişərək “Star Express Azərbaycan” MMC-yə çevrildiyini elan edir.
Xatırladaq ki, daşıma xidmətlərini həyata keçirən “Starex” 2018-ci ilin oktyabrında dövlət qeydiyyatına alınıb. “Starex.az” Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirir.
Şirkət hal-hazırda Azərbaycan, Türkiyə və Amerikada qeydiyyatdan keçmiş və hər üç ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir.