Azərbaycanda 2018-ci ildən karqo fəaliyyətinə başlayan “Starex” MMC-nin rəhbəri dəyişib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Starex” şirkətinə yeni təyin edilən rəhbər Türkanə Həsənli Elçin qızıdır.
Eləcə də bax: Əcnəbi şəxs “PASHA Holding”in hotel qrupuna rəhbər - TƏYİN EDİLDİ
Ona qədər bu vəzifədə Murad Seyidov Məhərrəm oğlu idi.
Qeyd edək ki, daşıma xidmətlərini həyata keçirən “Starex” 2018-ci ilin oktyabrında dövlət qeydiyyatına alınıb. Karqo şirkət hazırda Türkiyə və ABŞ-dan sifariş verilən məhsulların daşınması ilə məşğuldur.