Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricə 131,9 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 9 ayı ilə müqayisədə 41,9 milyon ABŞ dolları və ya 46,6% çoxdur.
Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan 90 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
Təkcə sentyabr ayında 17,1 milyon dollarlıq karbamid ixrac olunub ki, bu da illik 5,6 milyon dollar (48,7%) çoxdur.




 
                            
                            
                         
            
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








