Bu ilin yanvar-avqust aylarında Azərbaycan xaricə 124,7 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 8 ayı ilə müqayisədə 13,8 milyon ABŞ dolları və ya 10,0% azdır.
Ötən ilin yanvar-avqust aylarında Azərbaycan 138,5 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib.
Təkcə avqust ayında 16,6 milyon dollarlıq pambıq mahlıcı ixrac olunub ki, bu da illik 3,7 milyon dollar (28,7%) çoxdur.
Ötən ilin avqust ayında Azərbaycandan xarici ölkələrə 12,9 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edilib.